Bakıda evi qarət edən şəxs saxlanılıb. Bu haqda 19 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Suraxanı rayonunda bir evdən 4000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Ş.Rəsulov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.