Bakıda birmərtəbəli evdə yanğın baş verib. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 1 aprel tarixində xəbər verir.
Paytaxtın Suraxanı rayonunda ümumi sahəsi 80 kv.m olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə, mətbəxində lambirindən ibarət tavan 15 kv.m sahədə və 1 ədəd soyuducu yanıb.
Hadisə yerinə FHN əməkdaşları cəlb olunduqdan sonra yanğın söndürülüb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.