Paytaxtın Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 16 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
23 yaşlı Elşad Vahabov tanışı ilə dava edib. Bu zaman o, boyun və döş qəfəsindən bıçaqla xəsarət alıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Təfərrüatlar araşdırılır.