Daha bir oğru paytaxtın Suraxanı rayonunda tutulub. Bu haqda bu gün, 1 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən məlumat verir.
Bakı şəhər sakini E.Rəhimov iki evdən ümumilikdə 2000 manat dəyərində elektrik naqili və elektrik avadanlığı, 1 avtomobildən isə ümumi dəyəri 1500 manat olan iki ədəd mobil telefon oğurlamaqda şübhəli bilinir.
Araşdırmalar davam edir.
Daha öncə bu gün, 1 fevral tarixində paytaxtın digər iki rayonundan oğurluq edən iki nəfərin saxlanıldığı barədə məlumat verilmişdir.