Bakıda güclü külək dayanacağı aşırıb. Bu haqda 7 may tarixində Bakuplus.az Report-a istinadən məlumat verir.
Suraxanı rayonu, Hövsan qəsəbəsində güclü küləyin nəticəsində avtobus dayanacağı aşıb. Xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, mayın 8-də gündüz saatlarından küləyin sürətinin tədricən zəifləyəcəyi gözlənilir.
[caption id="attachment_43490" align="alignnone" width="800"]
Foto Report.az saytı[/caption]