Paytaxtın Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu haqda bu gün, 24 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə Hövsan qəsəbəsi, məhəllə 14/15 ünvanında baş verib. Elman Müzəffərov yaşadığı evdə döş qəfəsindən bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.