Paytaxtın Suraxanı rayonunda kişi meyiti aşkarlanıb. Bu haqda 29 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Rayon ərazisində yerləşən mənzillərin birində 1 nəfərin bağlı qapı arxasında qaldığı barədə FHN-ə məlumat daxil olub. Əməkdaşlar giriş qapısını açdıqda, içəridə 50 yaşlı İlham Həsənovun meyitini aşkarlayıblar.
Cəsəd aidiyyəti üzrə təhvil verilib.