Bakıda naməlum meyit tapılıb. Bu barədə 9 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə FHN-nin əməkdaşları cəlb olunub və mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini çıxardıblar. Onun şəxsiyyəti dəqiqləşdirilir.
Meyit aidiyyəti üzrə təhvil verilib.