Paytaxtın Suraxanı rayonunda avtomobil yanıb. Bu haqda bu gün, 6 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
“Mercedes” markalı nəqliyyat vasitəsinin mühərrik hissəsi alışıb. Avtomobilin digər hissələrinə ziyan dəyməyib.
Hadisə yerinə FHN-nin əməkdaşları cəlb olunub, yanğın söndürülüb.