Bakıda nəvə nənəsini qətlə yetirib. Bu haqda 12 aprel tarixində Report məlumat verib.
Suraxanı rayonunda aprelin 11-i saat 15:00 radələrində paytaxt sakini 69 yaşlı Natalya Popova nəvəsi tərəfindən öldürülüb. Mərhumun nəvəsi 23 yaşlı Murad İmanov mübahisə zamanı nənəsinin boğaz nahiyəsinə bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürüb.
Faktla bağlı Cinayət Məcəlləsinin “Qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanılıb.