Suraxanı rayonunda 28 yanvar tarixində məktəbin yanında narkotik satan şəxs saxlanılıb. Bu haqda Oxu.az məlumat verib.
Suraxanı rayon Polis idarəsinə Əmircan qəsəbəsində 84 saylı məktəbin yanında naməlum şəxsin avtomobilində narkotik vasitə satdığı barədə məlumat daxil olub. Polisin keçirdiyi əməliyyat nəticəsində 39 yaşlı Nahid Əliyev saxlanılıb. Məlum olub ki, o, məktəbin yanında kirayəyə ev götürərək, narkotik vasitələrin satışı ilə məşğul olub.
Əliyev barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə uyğun olaraq cinayət işi açılıb.