Bakıda 95 narkotacir saxlanılıb. Bu haqda 14 may tarixində Report məlumat verib.
Son 1 ayda Suraxanı rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 95 nəfər saxlanılıb. Saxlanılan şəxslərdən 80-i barəsində məhkəmə tərəfindən həbs, 15-i haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.
Onlarda ümumilikdə 21 kiloqram narkotik vasitə və psixotrop maddə aşkar edilib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.