Paytaxtın Suraxanı rayonu, Əmircan qəsəbəsində qətl hadisəsi baş verib. Bu haqda bu gün, 30 mart tarixində Bakuplus.az Baş Prokurorluğa istinadən xəbər verir.
56 yaşlı Ravil Baybəyov birgə yaşadığı 50 yaşlı Fəxrəddin Əsədovla mübahisə edən zaman onu bıçaqlayıb. Nəticədə sonuncu hadisə yerində dünyasını dəyişib.
Təqsirkar saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb.