Bakıda qadın narkotiklə tutulub. Bu haqda 4 iyun tarixində Unikal.org məlumat verib.
Suraxanı rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxt sakini Nigar Bağırova saxlanılıb. Onun üzərində 50 qramdan artıq heroin, 200 qramdan artıq metamfetamin və 1 kiloqramdan çox marixuana aşkar edilib.
Faktla bağlı araşdırma davam edir.