Suraxanı rayonunda avtomobilin vurduğu qadın xəstəxanada dünyasını dəyişib. Bu haqda 7 yanvar tarixində Report xəbər verib.
Yanvarın 5-i saat 7 radələrində Qaraçuxur qəsəbəsi ərazisində paytaxt sakini Gülçöhrə Xudaverdiyeva yolu keçən zaman Bakı şəhər sakini İ.Şabanzadə idarə etdiyi “Toyota” markalı avtomobillə onu vurub. Xəstəxanaya yerləşdirilən qadın yanvarın 6-da orada ölüb.
Faktla bağlı araşdırma aparılır.