Bakıda qaynını güllələyərək öldürən şəxsin istintaqı başa çatıb. Bu haqda 29 mart tarixində APA məlumat verib.
Suraxanı rayonu, Binə qəsəbəsi sakini Allahverdi Mirzəyev dekabrın 10-da qaynı tərəfindən yaşadığı evin həyətində odlu silahla qətlə yetirilib. Məlum olub ki, zərərçəkmişin qaynı Taryel Qurbanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngi ilə Mirzəyevin üz nahiyəsinə atəş açaraq onu qəsdən öldürüb.
Faktla bağlı Cinayət Məcəlləsinin “Qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi başlanıb. Təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.