Bakıda səhər saatlarında yanğın hadisəsi qeydə alınıb. Bu haqda BakuPlus 21 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Suraxanı rayonunda ümumi sahəsi 30 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb.
Hadisə yerinə FHN əməkdaşları cəlb olunub.
Yanğının söndürülməsi nəticəsində yaxınlıqdakı ev yanğından mühafizə olunub.