Paytaxtın Suraxanı rayonunda birmərtəbəli ev yanıb. Bu haqda bu gün, 6 yanvar tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Ümumi sahəsi 238 kv.m olan ev 198 kv.m sahədə yanıb. Yüksək temperaturdan yaxınlıqda yerləşən ümumi sahəsi 135 kv.m olan evin dam örtüyünə ziyan dəyib.
1 nəfər xəsarət alıb. Hadisə yerinə FHN-nin əməkdaşları cəlb olunub. Təfərrüatlar araşdırılır.