Paytaxtın Suraxanı rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 7 dekabr tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli evin birinci mərtəbəsi 15 kv.m sahədə yanıb, həmçinin eyni sahədə tavana ziyan dəyib. Hadisə tikilidə yerləşən ərzaq mağazasında baş verib.
Evin qalan hissəsinə və avtomobil yanğından mühafizə olunub. Yanğın söndürülüb.