Paytaxtın Suraxanı rayonu, Yeni Günəşli V massivində qadın intihar edib. Bu haqda bu gün, 14 may tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
32 yaşlı Gülər Məmmədova özünü 9-cu mərtəbədən atıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdrilib, ancaq həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb.