Paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsində qaz boruları oğurlanıb. Bu haqda bu gün, 24 sentyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
9 nəfər qəsəbə ərazisində yerləşən istixanadan 250.000 AZN dəyərində ümumi uzunluğu 2000 m olan qaz borularını oğurlayıb.
Təqsirkarlar saxlanılıb. Onlar barəsində araşdırmalar davam edir.