Paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsində qanunsuz qum daşınması aşkar edilib. Bu haqda bu gün, 17 fevral tarixində Bakuplus.az Ekologiya Nazirliyinə istinadən xəbər verir.
“Shacman” markalı 90-TL-580 və “Howo” markalı 77-FD-821 dövlət nömrə nişanlı yük avtomobilləri gecə saatlarında adıçəkilən qəsəbə ərazisindən qanunsuz qum daşıyarkən saxlanılıb.
Təqsirli bilinən Qafar Ağayev və Elmin Əliyev tutulublar. Onlar məsuliyyətə cəlb olunublar. Hadisə ilə bağlı polis əməkdaşlarına da müraciət olunub.