Paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsində silsilə oğurluqlar edən şəxslər tutulublar. Bu haqda bu gün, 30 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş E.Məmmədov və Z.Süleymanov Türkan qəsəbəsi ərazisində yerləşən bir evdən 1500 AZN-lik məişət əşyaları, bir həyətdən 500 AZN-lik elektrik naqili, gidrofor və su mühərriki, həmçinin bir kafedən samovar oğurlamaqda şübhəli bilinirlər.
Adıçəkilən şəxslər barəsində araşdırmalar davam edir.