İstanbul-Bakı aviareysi ilə gələn sərnişindən külli miqdarda qızıl tapılıb. Bu haqda bu gün, 15 aprel tarixində Bakuplus.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Türkiyədən gələn Azərbaycan vətəndaşının əl yüklərinin birində 6 qutuda qablaşdırılmış, ümumilikdə təqribi çəkisi 17 kq olan qızıl-zinət əşyaları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.