Bakıda məşhur restoranlar şəbəkəsi filiallarından birinin rəhbərinin ölkədən çıxışına qadağa qoyulub. Bu haqda bu gün, 28 mart tarixində Qafqazinfo.az məlumat verib.
Söhbət “Taksim Kebap” restoranlar şəbəkəsindən gedir. Filialın rəhbəri Həqiqət Mamedovanın ölkədən kənara çıxmaq hüququ məhdudlaşdırılıb. Onun “Montana-H” MMC-nin rəhbəri kimi vergi borcunu ödəməkdən yayındığı bildirilir.
H.Mamedova daha əvvəl mediada şəbəkənin Binəqədi rayonunda yerləşədən filialının rəhbəri kimi təqdim edilib.