Bakının Yasamal rayonu, Tbilisi prospekti ilə Əbdülvahab Salamzadə küçəsinin kəsişməsində yol qəzası baş verib. Bu haqda bu gün, 2 iyun tarixində Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) xəbər verib.
Minik avtomobilini idarə edən sürücünün sükan arxasında ürəktutması səbəbindən avtomobil idarəetmədən çıxaraq avtobusa çarpılıb.
Hadisə nəticəsində Tbilisi prospektində, mərkəz istiqamətində sıxlıq müşahidə edilib.
[video width="1920" height="1080" mp4="https://bakuplus.az/storage/photos/2023/06/bakuplus-logo-fhd_11.mp4"][/video]