“Tik-tok” sosial şəbəkəsində iki şəxs arasında yaranmış mübahisə ölümlə nəticələnib. Bu haqda bu gün, 10 noyabr tarixində Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı Natiq Ramazanov sosial şəbəkədə 39 yaşlı Əli Musayevə nalayiq ifadələr deyib. Bununla bağlı sonuncu, N.Ramazanov ilə Nizami rayonu, Q.Qarayev prospektində görüşüb. Nəticədə Ə.Musayev qarşısındakına sağ budun yuxarı nahiyəsindən bıçaq zərbələri endirib.
Zərərçəkən xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı Nizami rayon Prokurorluğunda cinayət işi açılıb.