Nəsimi rayonu, Moskva prospektində təbiətə ziyan vurulub. Bu haqda bu gün, 14 iyul tarixində Bakuplus.az Ekologiya Nazirliyinə istinadən xəbər verir.
Daxil olan şikayət əsasında aparılan araşdırma zamanı “Ay inşaat” tikinti şirkətinin sözügedən ərazidə 2 ədəd şam ağacını qanunsuz kəsdiyi məlum olub.
Dəymiş ziyan hesablanaraq və faktla bağlı sənədlər toplanaraq hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.