“Torqovaya”da baş vermiş yanğının səbəbini iaşə obyektində görürlər. Bu haqda bu gün, 25 aprel tarixində Bakuplus.az Apa-ya istinadən xəbər verir.
Sakinlərin sözlərinə görə, alov binaya bitişik olan restoranın tüstü bacasında yerləşən taxta tullantılarından başlayıb.
Araşdırmalar davam edir.
24 aprel, axşam saatlarında Səbail rayonu, Mərdanov qardaşları 3 ünvanında beşmərtəbəli binanın yanında yanğın baş vermişdir.