Nəsimi rayonunda 2 avtomobil toqquşub. Bu haqda bu gün, 9 dekabr tarixində Bakuplus.az Oxu.az-a istinadən xəbər verir.
Hadisə rayonun Əlövsət Quliyev və Rəsul Rza küçələrinin kəsişməsində baş verib. “Toyota Prius” və “Lada Priora” markalı avtomobillər kəsişməyə daxil olan zaman toqquşub. Nəticədə “Prius” piyada səkisinə çıxıb.
Faktla bağlı araşdırma aparılır.
[caption id="attachment_122823" align="alignnone" width="640"]
Foto Oxu.az[/caption]