Sabunçu rayonunda iki maşın toqquşub, ölən və xəsarət alan var. Bu haqda 5 iyul tarixində APA məlumat verib.
Bilgəh-Maştağa şosesində 23 yaşlı Rəsul Məmmədlinin idarə etdiyi “Toyota Prius” markalı avtomobil ilə yol kənarında dayanan “Mercedes” markalı maşına çırpılıb. Qəza nəticəsində Məmmədlinin ayağı sınıb.
Taksi kimi fəaliyyət göstərən “Toyota Prius” avtomobilində müştəri qismində olan sərnişin, 67 yaşlı Firuzə Zəkiyeva hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində avtotexniki ekspertiza təyin edilib.