Xətai rayonunda piyadanın iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 2 iyun tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Ukrayna dairəsi adlanan ərazisində baş verib. 49 yaşlı Sirac Quliyev avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə piyada ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.