Bakının Xətai rayonunda, Ukrayna dairəsinin yaxınlığında “Hyundai” markalı minik avtomobili yanıb. Bu haqda 19 sentyabr tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat verib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Hadisə nəticəsində nəqliyyat vasitəsinin mühərrik hissəsi yanıb, qalan hissəsi isə alovdan mühafizə olunub.
Yanğın zamanı xəsarət alan olmayıb.