Bakıda çimərlikdə daha bir nəfər batmaqdan xilas edilib. Bu haqda BakuPlus.az Fövqəladə Hallar Nazirliyinə istinadən bu gün, 4 iyul tarixində xəbər verir.
Ötən gün Şüvəlan çimərliyində batmaq təhlükəsi ilə üzləşən 1 nəfər xilas olunub.
Hadisə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən “Şüvəlan” sularda xilasetmə məntəqəsinin ərazisində baş verib.