Bakının Xəzər rayonu, Şüvəlan qəsəbəsində evlərin birindən oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 13 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan müraciətə əsasən, evlərin birindən 15.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Aparılan əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elçin Babayev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.