Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 17 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata görə, aprelin 13-də ümumi sahəsi 150 kv.m olan ev yanıb. Yanğın sondürüləndən sonra evdən içərisində 1000 ABŞ dolları olan seyf oğurlanıb.
Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Əkbər Bəşirli saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.