Bakının Nəsimi rayonunda Vətən müharibəsi iştirakçısını qətlə yetirən şəxs azadlıqdan məhrum edilib. Bu haqda bu gün, 22 iyun tarixində Qafqazinfo məlumat verib.
Məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib. Hökmə əsasən, Bəxtiyar Qarayev xuliqanlıq niyyəti ilə adam öldürməkdə təqsirli bilinib və 18 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə ötən ilin avqustunda Nəsimi rayonu, 3-cü Alatava qəsəbəsi ərazisində qeydə alınıb. 24 yaşlı Bəxtiyar Qarayev aralarında yaranmış mübahisə zamanı 25 yaşlı Niyaməddin Muradovun döş qəfəsinin sol yarısına bıçaqla xəsarət yetirib. Nəticədə qazi dünyasını dəyişib.
Muradov 44 günlük Vətən müharibəsi iştirakçısı olub, "Qubadlının azad olunmasına" görə medalı ilə təltif edilib.