Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Allahverdi Mirzəyevi qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 11 dekabr Qafqazinfo.az məlumat verib.
Saxlanılan Tariyel Qurbanov Mirzəyevin qaynı olduğu bildirilir. Qətlin ailə münaqişəsi zəminində baş verdiyi qeyd olunur.
Hadisə 10 dekabr saat 21:00 radələrində baş verib. 44 yaşlı Allahverdi Mirzəyev yaşadığı evdə başından güllələnərək öldürülüb. Mirzəyevin əvvəllər məhkum olunduğu bildirilir.