Abşeron rayonu, Xırdalan şəhərində Bakı sakini bıçaqlanıb. Bu haqda bu gün, 13 yanvar tarixində APA məlumat verib.
41 yaşlı Firdovsi Hasənzadə Heydər Əliyev prospektində naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı kişi Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.