Xırdalanda 8 yanvar tarixində xəsarətlərlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, yanvarın 9-da Bakuplus.az məlumat verir.
“Şuşa” restoranının yaxınlığında “BMW”, “Toyota Prius” və “Ford” markalı minik avtomobilləri zəncirvari qəzaya uğrayıb. Hadisə nəticəsində iki nəfər xəsarət alıb.
Hadisə yerinə cəlb olunan polis əməkdaşları yaranan sıxlığı aradan qaldıraraq hərəkəti tənzimləyiblər. Faktla bağlı araşdırma aparılır.
[video width="480" height="848" mp4="https://bakuplus.az/storage/photos/2023/01/video-baku.mp4"][/video]