Bu gün, 15 mart tarixində Milli Hematologiya və Transfuziologiya Mərkəzində intihar hadisəsi baş verib. Bu haqda Qafqazinfo məlumat verib.
21 yaşlı Gülşən Abbaslı özünü 4-cü mərtəbənin pəncərəsindən ataraq həyatına qəsd edib. O, ağır xəsərətlərlə Kliniki Tibbi Mərkəzə aparılsa da, orada vəfat edib.
İlkin məlumata görə, Gülşən Abbaslı onkoloji xəstəlikdən əziyyət çəkirmiş və mərkəzdə bir müddət müalicə alırmış. O, Bakıdakı universitetlərdən birinin tələbəsi olub.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar, araşdırma aparılır.