Yenilənib:
Xətai rayonu, Xətai prospekti 38 ünvanında çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Binanın 6-cı mərtəbəsində ümumi sahəsi 60 kv.m olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları yanıb.
Yanğın qısa müddət ərzində söndürülüb. Mənzil qalan hissəsi yanğından mühafizə olunub.
Xətai rayonunda yanğın başlayıb. Bu haqda bu gün, 4 aprel tarixində Bakuplus.az məlumat daxil olub.
Xətai prospektində çoxmərtəbəli yaşayış binasında yanğın olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib. Yanğının söndürülməsi işləri davam etdirilir.
İlkin ehtimala görə hal-hazırda mənzildə heç kim yoxdur.
Təfərrüatlar araşdırılır.