Paytaxtın Xətai rayonunda, Fəzail Bayramov və Sabit Orucov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda bu gün, 26 noyabr tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.
“Prius” markalı avtomobil soldan gələn nəqliyyat vasitəsini gözləmədən yol kəsişməsinə daxil olub və nəticədə “Mercedes” markalı avtomobillə toqquşub. Sonuncu zərbənin gücündən prokurorluğun binasına çarpılıb.
Xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.