Paytaxtın Xətai rayonunda bir nəfərdən qanunsuz silah tapılıb. Bu haqda bu gün, 17 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı Zamir Cəlilov saxlanılıb. Onun üzərindən 1 ədəd revolver tipli yivli tapança və həmin silaha aid patron aşkar edilib. O, silahı bir müddət əvvəl əldə etdiyini və satmaq istədiyini bildirib.
Bundan əlavə, adıçəkilən rayonda daha 2 nəfər - Ceyhun və Cəsarət Allahverdiyev qardaşları saxlanılıblar. Onlar müxtəlif vaxtlarda 3 dəfə 1 obyektə daxil olaraq avtomobillərin katalizatorlarını oğurlamaqda şübhəli bilinirlər. Onlar obyektə 33.000 AZN ziyan vurublar.
Daha 1 nəfər - Fikrət Cəlilov silsilə oğurluqlar etdiyinə görə saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
[URIS id=94525]