Paytaxtın Xətai rayonunda motosiklet qəza törədib. Bu haqda bu gün, 20 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
17 yaşlı Hüseyn Məmmədov idarə etdiyi motosikletlə hərəkətdə olan zaman yol kənarındakı maneəyə çarpılıb. Nəticədə sürücünün sol qolu sınıb. O, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.