Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 12 avqust tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Sözügedən ərazidə iki avtomobil toqquşub. Qəza nəticəsində 42 yaşlı Zamiq Fərəcov xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hazırda araşdırma aparılır.