Paytaxtın Xətai rayonunda narkotik alverinə qarşı genişmiqyaslı əməliyyat keçirilib. Bu haqda bu gün, 17 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Mart ayı ərzində keçirilən əməliyyat zamanı 48 nəfər narkotik alverçisi tutulub, onların üzərindən və yaşadıqları evlərdən külli miqdarda heroin, marixuana və metamfetamin aşkar edilərək götürülüb.
Həmin şəxslər barəsində araşdırmalar davam edir.