Paytaxtın Xətai rayonunda narkotik alverçilərinə qarşı əməliyyat keçirilib. Bu haqda bu gün, 6 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı Nadim İmamverdiyev narkotacirlik üstündə saxlanılıb. Onun üzərində olan bağlamada 16 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb. O, narkotik maddəni Seyfur Rza adlı İran vədəndaşından onlayn yolla aldığını bildirib.
Bundan əlavə, ötən ay ərzində keçirilən silsilə əməliyyatlar zamanı 60 nəfər narkotacir saxlanılıb. Onlarda külli miqdarda narkotik vasitələr aşkar edilib.