Paytaxtın Xətai rayonu ərazisində soyğunçuluq hadisəsi baş verib. Bu haqda bu gün, 4 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Ərazidə yerləşən yarımstansiyaların birindən 73800 manat dəyərində elektrik avadanlığının oğurlanması barədə polisə məlumat daxil olub.
Xətai RPİ 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Dəyanət Kərimli müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.