Paytaxtın Xətai rayonunda köhnə anbar yanıb. Bu haqda bu gün, 1 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 800 kv.m olan anbarın dam örtüyü 20 kv.m sahədə yanıb. Alov anbara bitişik olan və ümumi sahəsi 160 kv.m olan ikimərtəbəli evə keçib və 2-ci mərtəbə 20 kv.m sahədə alışıb. Anbarın və ona bitişik olan tikilinin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.